Prodüser Tolikə ağır itki üz verib

Prodüser Tolikə ağır itki üz verib
Hadisə 1444

Tanınmış prodüser, teleaparıcı Tarix Əliyevə (Tolik) ağır itki üz verib.

BAKU.WS xəbər verir ki, Tolikin analığı Ceyran xanım ötən gün qəfil dünyasını dəyişib.

Tolik atası və Ceyranın fotosunu paylaşaraq, yazıb:

"Həyat çox qəribədir. Atamın ölümündən 5 aydan bir neçə gün keçib. Bir neçə saat əvvəl 21 illik həyat yoldaşı, bacımın anası, mənə uşaqlıqdan baxan analığım qəflətən rəhmətə getdi. Doğma anam olmasan da mənim üstümdə əziyyətin olub, halal elə mənə ana. Sən məni dünyaya gətirməmisən amma mənim əziyyətimi çəkmisən. Koronavirus oldum, gecə-gündüz başımın üstündə dayandın. İstəyin atamın yanına tez getmək idi. Allah sizi qovuşdurdu".

Qeyd edək ki, Tarix Əliyevin atası bu ilin yanvar ayında dünyasını dəyişib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər