"Prius" qazini vurub ÖLDÜRDÜ

Prius qazini vurub ÖLDÜRDÜ
Hadisə 305

Ötən gün saat 03 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 75,6-cı km-də 1993-cü il təvəllüdlü Kamilov Mirdamət Mirkamıl oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Bakı şəhər istiqamətində hərəkətdə olarkən, yolu keçən piyada 2001-ci il təvəllüdlü Rüstəmov Vüqar Pünhan oğlunu vurub.

BAKU.WS unikal-a istinadən xəbər verir ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Vüqar Rüstəmov Vətən müharibəsi qazisidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər