Prezident və Birinci vitse-prezident deputat Qənirə Paşayevanın məzarına əklil göndəriblər - FOTO

Prezident və Birinci vitse-prezident deputat Qənirə Paşayevanın məzarına əklil göndəriblər - FOTO
Hadisə 1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın məzarına əklil göndərib.

BAKU.WS xəbər verir ki, əklil mərhumun II Fəxri xiyabandakı məzarının üzərinə qoyulub.

Xatırladaq ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Prezident və Birinci vitse-prezident deputat Qənirə Paşayevanın məzarına əklil göndəriblər - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər