Qənirə Paşayeva komaya düşdü: Həmkarları Mərkəzi Klinikaya gəldilər - YENİLƏNİB + VİDEO

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın həmkarları Mərkəzi Klinikaya gəliblər.
Baku TV-nin klinikadan canlı yayımını təqdim edirik:
***12:59
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, millət vəkili komaya düşüb və hazırda Mərkəzi Klinikada süni tənəffüs aparatına qoşulub.
Onun müayinə və müalicəsi üçün Türkiyədən də həkimlər dəvət olunub.
İlkin məlumata görə, Qənirə Paşayevanın səhhətində yaranan problem pəhrizə bağlı qəbul etdiyi dərmanlara görədir.
***12:05
Millət vəkili Qənirə Paşayeva komaya düşüb.
RTV-nin məlumatına görə, millət vəkili dərhal xəstəxanaya yerləşdirilib.
Millət vəkilinin yaxınları faktı təsdiqləyib. Lakin onun səhhəti barəsində heç bir məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.

Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...