"Porsche" ilə qəzaya düşüb ölən polis zabitinin FOTOsu
Mayın 6-da gecə saatlarında Tovuzda baş vermiş dəhşətli qəzada ölən polis zabitinin fotoları yayılıb.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşı olan Qəhrəmanov Zakir Şakir oğlunun idarə etdiyi "Porsche" Tovuzun mərkəzindəki Heydər Əliyev prospektində divara çırpılması nəticəsində o, hadisə yerindəcə vəfat edib. Məlum olub ki, əslən Tovuzdan olan Z.Qəhrəmanov rayona toy məclisinə gedibmiş.
Qeyd edək ki, hadisə vaxtı avtomobildə olan Tovuz Rayon Polis Şöbəsinin Qovlar polis bölməsinin əməkdaşı, Alakol kənd sakini, 1985-ci il təvəllüdlü Nurxan Əmirxan oğlu Hüseynov və Alakol kənd sakini, 1990-cu il təvəllüdlü Fətullayev Azad Ramiz oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.
Qəzada dünyasını dəyişən Zakir Qəhrəmanov "Nərgiz" klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur.
BAKU.WS
Oxşar xəbərlər
Sakinlər dəhşət içində: "Hamımız xəstəlik tutmuşuq"
Gəncənin Əziz Əliyev küçəsində tez-tez baş verən yol-nəqliyyat hadisələri sakinləri narahat edir. Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər...