Polisləri təhqir edən "Ramin yeraz" saxlanıldı - VİDEO

Polisləri təhqir edən Ramin yeraz saxlanıldı - VİDEO
Video
Hadisə 1104

Sosial şəbəkələrdə "Ramin yeraz" kimi qeydiyyatdan keçən şəxsin canlı yayımlar açaraq narkotik vasitələrin təbliğini həyata keçirməsi və ictimaiyyətə yönəlik təhqiramiz ifadələr işlətməsi barədə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən müvafiq tədbirlər görülüb.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, paytaxtın Nizami rayon sakini olan Ramin İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb.

Həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Şəxs barəsində istintaq müddətində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

15 kiloqrama yaxın narkotik satışının qarşısı alındı - FOTO

15 kiloqrama yaxın narkotik satışının qarşısı alındı - FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat təd...

338 Hadisə 13:15 22 iyul 2020

Son xəbərlər