Polisin saxladığı makler 4 aylıq - Həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Xəzər rayonu ərazisində bir qrup şəxsə qarşı dələduzluqda ittiham edilən makler barəsində həbs-qətimkan tədbiri seçilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, daşınmaz əmlakın və torpaq sahələrinin sənədləşdirilməsi vədi ilə 10 nəfərdən yarım milyon manatdan çox pul alan 60 yaşlı Elxan Abbasov barəsində Xəzər Rayon Məhkəməsi qərar çıxarıb.
Barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş açılan şəxs barəsində istintaq müddəti üçün 4 aylıq həbs qərarı verilib.
Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsində istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Elxan Abbasov əmlak rieltoru (makler) kimi tanınıb.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...