Polisin “saxla” əmrinə tabe olmayaraq postdan qaçdı
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabul rayonunda sürücü polisin "saxla" əmrinə tabe olmayaraq postdan qaçıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib ki, hadisə bu gün günorta saatlarında baş verib.
Karantin rejiminə görə magistral yolda qurulmuş postda sürücüyə "Saxla" əmri verilsə də, o, tabe olmayaraq postdan uzaqlaşıb. Bu zaman ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşını vurub.
İlkin məlumata görə, xəstəxanaya yerləşdirilən polis əməkdaşının qolu sınıb. K.Əliyev bildirib ki, ərazidən uzaqlaşan sürücü növbəti postda saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, publika.az-ın məlumatına görə, hadisə "Mercedes S Klass 500" markalı 10 OO 018 nömrəli avtomobillə törədilib.
Oxşar xəbərlər
44 yaşlı kişi 7 yaşlı uşağı dəfələrlə zorladı, sonra... - Azərbaycanda ŞOK OLAY
Mingəçevir şəhərində yetkinlik yaşına çatmayan oğlana təcavüz etməkdə təqsirli bilinən 1973-cü il təvəllüdlü Kamran Əkbərovun (cinayət işində adı keçən şəxsləri...