Polisin qanuni tələbinə əməl etməyən sürücü həbs edilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə polisin qanuni tələbinə əməl etməyən yük maşını sürücüsü həbs edilib.
Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
Bildirilib ki, avqustun 7-də Əmirli Zamiq Əmir oğlu idarə etdiyi 15-BH-564 dövlət nömrə nişanlı, “KamAZ” markalı yük maşını ilə stasionar postda yol polisinin “Saxla” işarəsinə əməl etməyərək hərəkətini davam etdirib.
DYP əməkdaşları onu saxlamağa müvəffəq olub. Polisin qanuni tələblərinə əməl etmədiyinə görə, barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Əmirli Zamiq Əmir oğlu sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati qaydada həbs olunub.
Oxşar xəbərlər
Bakıda sürücü şəhəri bir-birinə qatdı, beş maşını əzdi - ANBAAN VİDEO
Bakı polisi qaydalara tabe olmayan sürücünün saxlanılması istiqamətində əməliyyat keçirib. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Poli...