Polisin qanuni tələbinə əməl etməyən şəxs həbs OLUNDU
Yeniliklərdən dərhal xəbərdar olun
Polisin qanuni tələbinə əməl etməyən şəxs həbs olunub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, “BMW” markalı, 99-FL-788 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Kazımov Qəzənfər İlqar oğlu polisin qanuni tələbinə əməl etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Q.Kazımov barəsində materiallar toplanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 8 gün müddətində inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Narkotik vasitənin təsiri altında avtobus idarə edən şəxs HƏBS OLUNDU
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtobus idarə...