Polis Yevlaxda əməliyyat keçirib, 8 nəfər saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları əməliyyat keçirib, 8 nəfər saxlanılıb.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Belə ki, Yevlax RPŞ-nin əməkdaşlarının son günlərdə keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb. Onlardan ümumilikdə 9 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr və 2 ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
DİN Bərdədə əməliyyat keçirib, 27 nəfər saxlanılıb
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, oğurluq əməll...