Polis “Torqovı”da “Vor v zakone” yazılı köynəklə gəzənləri saxlayıb
24
may
2019
20:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Səbail rayonunun Nizami küçəsində (Torqovı) üzərində kriminal avtoritet Rövşən Lənkəranskinin fotoşəkli olan, “Talış” və “Vor v zakone” yazılan köynəklərlə gəzən gənclər saxlanılıb.BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib.Bildirib ki, hadisə ötən gün baş verib:“Üç şəxs üzərində müxtəlif yazılar yazılmış köynəklər geyinərək küçədə gəziblər. Dərhal Səbail Rayon polis İdarəsinin Post-patrul Xidmətinin əməkdaşları vəziyyətə müdaxilə edərək həmin şəxsləri 9-cu Polis Şöbəsinə gətirib”. “İlkin araşdırma zamanı hər üç şəxsin yetkinlik yaşına çatmadığı müəyyən edilib və profilaktik söhbətlər aparılıb. Gələcəkdə də bu cür halların yolverilməzliyi onlara çatdırılıb və sərbəst buraxılıb”.
Oxşar xəbərlər
Bakıda uşaqları belə zəhərləyirlər – FOTO
Nərimanovda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satanlara qarşı profilaktik tədbir keçirilib.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən...