Polis şəhidin bacısından ÜZRXAHLIQ ETDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün metronun “Sahil” stansiyasının yaxınlığında yol polisi əməkdaşı Aysel Süleymanovanın idarə etdiyi “Subaru” markalı avtomobili saxlayaraq şəhid qardaşı Fərhad Babayevin şəklini qoparıb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə günü axşam YPX əməkdaşı üzrxahlıq üçün şəhidin və valideynlərinin evinə yollanıb.
Polis əməkdaşları baş verən hadisə ilə əlaqədar şəhid ailəsinin könlünü xoş edərək yaranmış gərginliyi aradan qaldırıblar.
Bu gün isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev də şəhid ailəsini qəbul edib və onlarla söhbət aparıb.
Qeyd edək ki, şəhid Fərhad Məhərrəm oğlu Babayev 1992-ci ildə Bakıda anadan olub. O, 24 oktyabr 2020-ci il tarixdə Qubadlı istiqamətində şəhid olub. Özəl sektorda sürücü kimi fəaliyyət göstərən Fərhad Vətən Müharibəsi başlayanda - 28 sentyabr 2020 ci il tarixində SHXÇDX-ın Suraxanı bölməsi tərəfindən səfərbər edilməklə cəbhə bölgəsinə aparılıb. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Oxşar xəbərlər
Yol polisi şəhidin şəklini bacısının maşınından qopardı - FOTO
Dünən səhər saatlarında metronun “Sahil” stansiyasının yaxınlığında yol polisi əməkdaşı şəhid Fərhad Babayevin bacısı Aysel Süleymanovanın idarə etdiyi “Subaru”...