Polis Sarayda əməliyyatlar keçirib

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı əməliyyat və profilaktik tədbirlər keçirilib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 3 fakt aşkarlanıb.
Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 10 nəfər saxlanılıb, "isti izlərlə" 6 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq, dilənçilik və tüfeyli həyat tərzi keçirən şəxslər müəyyən olunub və xırda xuliqanlıqla əlaqədar 23 fakt aşkarlanıb.
Həmçinin, əhali arasında aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan 21 ədəd silah-sursat könüllü polisə təhvil verilib.

Oxşar xəbərlər
Sumqayıtda silah-sursat aşkarlanıb
Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb. BAKU.WS xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi, Xəzər bağları əra...