Polis Saray, Mehdiabad və Qobuda əməliyyat keçirdi

Polis Saray, Mehdiabad və Qobuda əməliyyat keçirdi
Hadisə 199

Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə Saray, Mehdiabad və Qobu Polis Bölmələrinin əməkdaşları hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib.

BAKU.WS-in məlumatına görə, tədbilər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 9 fakt aşkarlanıb.

Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 14 nəfər saxlanılıb, "isti izlərlə" 29 cinayətin üstü açılıb.

Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 67, xırda xuliqanlıq və xırda talama hadisələri ilə əlaqədar 74 fakt aşkarlanıb.

Həmçinin, Abşeron rayonunda aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan bir neçə odlu silah-sursatlar könüllü polisə təhvil verilib.

Abşeron RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 4, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 23, eləcə də dayanma-durma qaydalarını pozan sürücülər barəsində də inzibati tənbeh tədbirləri görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Beyləqanda qadın su kanalında batıb

Beyləqanda qadın su kanalında batıb

Beyləqanda qadın su kanalında batıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının II Aşıqlı kəndinin ərazisindən keçən hissəsində...

9 Hadisə 23:12 15 avqust 2026

Son xəbərlər