Polis “Qırmızı kitab”a düşmüş quşu satan şəxsi cəzalandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Qırmızı kitab”a düşmüş 10 ədəd “Bəzgək” quşunu qanunsuz tutub həyətində saxlayan və satışı ilə məşğul olan şəxs müəyyən edilib.
Bununla bağlı BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, qanunsuzluğa yol verən şəxs Hacıqabul rayonu Padar qəsəbəsində yaşayan Asif Emnalıyevdir.
“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə vətəndaş A.Emnalıyev barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
“Qırmızı kitab”a düşmüş bəzgək quşu ovlayan şəxs saxlanılıb
Kürdəmirdə “Qırmızı kitab”a düşmüş bəzgək quşu ovlayan şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Kür...