Polis qəbiristanlıqda döyülən şəxslə bağlı açıqlama yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən qəbiristanlıqda döyülən şəxslə bağlı məlumat yayılıb.
Qurumun Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov BAKU.WS-in bölgə müxbirinə bildirib ki, hadisəni törədən şəxslər saxlanılıb.
"Sosial şəbəkələrdə Tovuz rayon sakini Aqil İbrahimovun sərxoş halda Vətən Müharibəsi şəhidi barədə nalayiq ifadələr işlətdiyinə görə bir qrup şəxs tərəfindən döyülərək qəbiristanlıqda şəhid məzarlarından üzr istədilməsi görüntüləri yayılıb.
Məsələ ilə əlaqədar Tovuz rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri - Taleh Hüseynov, Sürət Məmmədov, Tural Əhmədov, Elşad Rzayev, Elnur Bayramov, Əli Hüseynzadə və Telman Nağıyev saxlanılıb. Hazırda RPŞ-də araşdırmalar davam etdirilir", - deyə E.Qasımov bildirib.
Oxşar xəbərlər
Azərbaycanda gənc nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - MƏHKƏMƏ
Azərbaycanda nişanlısına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Bakı sakini Elşad Rəhimovun cinayət işinə...