Polis postunda insident - Bıçaqlı şəxs özünü doğramaq istədi
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən mayın 8-də saat 09:00 radələrində Bakı-Qazax yolunda yerləşən postda “KİA” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev feysbuk hesabında paylaşım edib.
Sürücü, Bakı şəhər sakini Nasir Məmmədov və sərnişinləri - əvvəllər məhkum olunmuşlar Ruslan Cavadov, Mehman Mirzəyev və Elgün Əliyev özlərini şübhəli apardıqlarına görə posta dəvət ediliblər.
Bu zaman sərnişinlərdən biri cibindən bıçaq çıxararaq uca səslə onları buraxmasalar özünə xəsarət yetirəcəyini bildirərək digər sərnişinlərlə birlikdə qaçmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Avtomobilə baxış zamanı oradan heroin, marixuana, metamfetamin, elektron tərəzi, beşbarmaq və bıçaq aşkar olunaraq götürülüb.
Sürücü və sərnişinlər avtomobillə birgə Hacıqabul rayon Polis Şöbəsinə təhvil veriliblər.
Oxşar xəbərlər
Polisin saxladığı maşından narkotik və beşbarmaq aşkarlandı
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları (BDYPİ) tərəfindən mayın 8-i saat 9 radələrində Bakı-Qazax yolunda yerləşən postda “KİA” markalı avtomobil yoxlama...