Polis onlayn narkotik satan şəxsi saxladı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları onlayn şəkildə narkotik satışı ilə məşğul olan şəxsi aşkarlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında Ağcabədi RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində onlayn şəkildə narkotik vasitələri satmaqda şübhəli bilinən Qubadlı rayon sakini Şamil Məhərrəmov saxlanılıb.
Onun üzərinə və əlindəki çantaya baxış keçirilərkən heroin və metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Bakıda narkotikin onlayn satışı ilə məşğul olan şəxs saxlanıldı - VİDEO
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsi...