Polis nənə ilə nəvəsini maşınla vuran sürücünü saxladı
02
noy
2022
12:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 31-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində yolu keçən şəhər sakini Solmaz Əsədova və nəvəsi Y.Əsədov müəyyən edilməyən avtomobillə vurulub. Nəticədə onlar xəstəxanaya yerləşdirilib, S.Əsədova orada ölüb.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Nağıyev saxlanılıb. Araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda ağır qəza - Nənə və nəvəni maşınla vurub qaçdı - Ölən var
Xırdalanda nənə və nəvəsini maşın vurub. Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən məlumat verilib. Oktyabrın 31-də saat 23 radələrində Xırdalan şəhəri əra...