Azərbaycanda ağır qəza - Nənə və nəvəni maşınla vurub qaçdı - Ölən var
01
noy
2022
10:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalanda nənə və nəvəsini maşın vurub.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Oktyabrın 31-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində yolu keçən şəhər sakini Solmaz Əsədova və nəvəsi Y.Əsədov müəyyən edilməyən avtomobillə vurulub.
Nəticədə onlar xəstəxanaya yerləşdirilib, S.Əsədova orada ölüb.
Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Oxşar xəbərlər
Xırdalanda yaşayış binasındakı partlayışda xəsarət alanlar var - YENİLƏNİB - VİDEO
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyində olan Abşeron...