Polis mayoru ağır qəzaya düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Hacıməlik qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Qasımov Qubat idarə etdiyi “Khazar” markalı minik maşını ilə hərəkətdə olan zaman avtomobilin təkərinin partlaması nəticəsində idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, polis mayoru olan Qubat Qasımov Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
4 nəfərin xəsarət aldığı qəzada avtomobil iki yerə bölündü – VİDEO – FOTO
Bərdənin Cəyirli kəndində zəncirvari qəza baş verib.BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, hərəkətdə olan “VAZ 21011” markalı avtomobillə “Mercedes” və “VA...