Polis maşını ilə “Mercedes” toqquşdu: Yaralılar var - FOTO/VİDEO
26
dek
2022
14:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdədə yol qəzası olub, polis və daha bir nəfər xəsarət alıb.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, dekabrın 26-da səhər saat 9 radələrində Bərdə rayonu ərazisində Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...