Polis marketdə satıcıya qarşı soyğunçuluq edənləri saxladı - Hadisə anının GÖRÜNTÜLƏRİ

Polis marketdə satıcıya qarşı soyğunçuluq edənləri saxladı - Hadisə anının GÖRÜNTÜLƏRİ
Video
Hadisə 225

Paytaxtın Nərimanov rayonunda soyğunçuluq hadisəsi və avtomobillərdən silsilə oğurluqlar edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, iki nəfər rayon ərazisində yerləşən marketlərin birində kassada olan pul vəsaitini açıq talama yolu ilə ələ keçirib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş - 35 yaşlı Şirməmməd Məmmədov və 21 yaşlı Rəcəb Qulamov saxlanılıblar. Araşdırmalarla Ş.Məmmədov və R.Qulamovun əlavə olaraq rayon ərazisində üç avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrindən qiymətli əşyalar oğurladıqları da məlum olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib

Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib

Bakı və ayrı-ayrı rayonlarda dekabrın 5-də 64 odlu silah-sursat aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, beş avtomat,...

21 Hadisə 23:12 06 dekabr 2025

Son xəbərlər