Polis Göygöldə itən çobanın şəkilini yaydı

Polis Göygöldə itən çobanın şəkilini yaydı
Hadisə 486
Polis Göygöl rayonunda itkin düşən 58 yaşlı çobanın şəkilini yayıb.DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, Şamaxı rayonu Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Məmməd Əllazov oktyabrın 27-si səhər saatlarında çoban işlədiyi Göygöl rayonunun Firuzabad qəsəbəsindəki fermadan çıxaraq bir daha geri qayıtmayıb.Onun əlamətləri belədir: boyu 160-165 sm, arıq bədən quruluşlu, ağ-qara saçlara malik, gözlərinin rəngi qonur. M.Əllazov fermadan çıxarkən əynində hərbi kostyum, hərbi şalvar, başında papaq, ayağında idman ayaqqabısı olub.Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-205-22-79, 022-205-50-57 şəhər və (055) 545-11-02, (070) 252-22-44 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər