Polis əməkdaşları 11 kq-dan çox narkotik vasitə aşkarlayıb
09
noy
2024
13:17
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 8-də ümumi çəkisi 11,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, narkotik vasitələr - 1,5 kiloqramdan artıq heroin, 8,1 kiloqrama yaxın marixuana, 1,9 kiloqrama yaxın metamfetamin, həmçinin 2 ədəd metadon və 854 ədəd preqabalin həbi qanunsuz dövriyyədən çıxarılıb.
Oxşar xəbərlər
Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Ötən gün polis əməkdaşları tərəfindən 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki...