Polis əməkdaşı şəhid ailəsinə qarşı kobud rəftar edib? - AÇIQLAMA

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında polis əməkdaşı tərəfindən şəhid ailəsinə qarşı kobud rəftar olunması ilə bağlı iddialar səsləndirilib.
Bu barədə məlumat sosial şəbəkələrdə bildirilib.
BAKU.WS xəbər verir ki, oxu.az məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, həmin fakt araşdırılıb və vətəndaşa qarşı polis əməkdaşı tərəfindən kobud rəftar olunması barədə səsləndirilən fikirlər təsdiqini tapmayıb:
“Belə ki, xəstəxanada ümumi iş rejiminin pozulmasına yönələn hərəkətlərə yol verən qadını polis əməkdaşı sakitləşdirməyə çalışıb, həkimlər tərəfindən də məsələnin həll olunması üçün aidiyyətı üzrə müraciət etməyi ona izah olunub”.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...
