Polis dilənçilərə qarşı əməliyyat keçirdi - 7 nəfər həbs olundu, 5-i cərimələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə məlumat verilib.
Son iki gün ərzində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 12 nəfər şəxs müəyyən edilərək saxlanılıb və şöbəyə gətirilib. Burada onlarla profilaktiki söhbətlər aparılıb, hər biri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Şirvan şəhər məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onlardan 7-si inzibati qaydada həbs olunub, 5-i isə müxtəlif məbləğlərdə cərimələnib. Cərimə olunan şəxslər daha sonra isə qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.
Bundan əlavə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq dilənçiliklə məşğul olan şəxsləri müvəqqəti yaşamaq üçün evlə təmin edən 3 nəfər şəhər sakini də müəyyən edilib, onlara ciddi xəbərdarlıq edilməklə barələrində qanunamüvafiq tədbirlər görülüb.
Bu halların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Polis küçə ticarəti, avara və dilənçiliklə məşğul olanlarla bağlı nəzarət tədbirləri keçirib - FOTO
Yay aylarında kənd təsərrüfatı və digər ərzaq məhsullarından zəhərlənmə riskinin artması nəzərə alınaraq küçə ticarətinin qarşısının alınması ilə bağlı nəzarət...