Polis 21 yaşlı qızı axtarır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabulda 21 yaşlı qadın itkin düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
T. Təhməzovanın əlamətləri belədir: boyu 171 sm, qara saçlı, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi.
Evdən çıxan zaman üzərində göy rəngli gödəkcə, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Hacıqabul Rayon Polis Şöbəsinə (055-717-87-84) nömrəsinə məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
İtkin düşən qadın tapıldı - YENİLƏNİB
Hacıqabulda itkin düşən 59 yaşlı qadın tapılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis...