Polis 2 il əvvəl itkin düşən qadını axtarır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda itkin düşmüş qadın 2 ildir tapılmır.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxın Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan 42 yaşlı Ruqiyyə Rzayeva 2021-ci ilin iyun ayında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.
"Onun əlamətləri belədir: Boyu təxminən 156 sm., arıq bədən quruluşlu, qarabəniz, qara buruq saçlı, gözlərinin rəngi qəhvəyidir. Sol əl-qol nahiyəsində böyük yanıq, hər iki ayağında isə kiçik ölçülü kəsik izləri var. Şəkildəki qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102-Zəng Mərkəzi”nə, həmçinin(012) 454-22-22 şəhər və (050) 221-16-56 ; (055) 252-22-22 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Bakıda 18 yaşlı qız itkin düşüb - FOTO
Bakıda 18 yaşlı qız itkin düşüb. Bu barədə BAKU.WS-ə DİN-dən məlumat verilib. Xəzər rayonu Binə qəsəbəsi sakini 18 yaşlı Şəfa İsgəndərli aprelin 4-də yaşadığı e...