Polad Bülbüloğlunun yüksək vəzifədə çalışmış qardaşı vəfat etdi - FOTO

Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbülün böyük oğlu Çingiz Məmmədov dünyasını dəyişib.
BAKU.WS gununsesi.org-a istinadən xəbər verir ki, 12 dekabr 1938-ci ildə Tiflisdə doğulan Çingiz Bülbüloğlu uzun illər bir sıra vəzifələrdə çalışıb.
Mərhum bir neçə il əvvəl Milli Məclis Aparatında şöbə müdiri kimi təqaüdə çıxıb.
Qeyd edək ki, Bülbülün digər oğlu Polad Bülbüloğlu isə Azərbaycanın Rusiyadakı səfiridir. Onun qardaşının dəfninə qatılıb-qatılmaması isə bəlli deyil.

Şəkildə: Bülbülün ailə üzvləri - oğlanları Çingiz və Polad, həyat yoldaşı Adeliada xanım, nəvələri prezident İlham Əliyevlə...
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...
