Platformada tüstülənmə baş verdi - VİDEO

Platformada tüstülənmə baş verdi - VİDEO
Video
Hadisə 1088

Şıx qəsəbəsində platformada yanğın baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər.

Bildiriblər ki, Xəzər Dəniz Gəmiçiliyinin yaxınlığında platformada qatı duman ətrafı bürüyüb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Hadisə ilə bağlı ətraflı məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyilə əlaqə saxladıq.

Nazirlikdən BAKU.WS-ə bildirdilər ki, Şıx qəsəbəsində fəaliyyətdə olmayan estakadada tüstülənmə olub. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Hadisənin görüntülərini təqdim edirik.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər