Bakı Dövlət Universitetində yanğın

Bakı Dövlət Universitetində yanğın
Hadisə 3244
Bakı Dövlət Universitetinda yanğın hadisəsi baş verib.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, hadisə universitet binasının 4-cü mərtəbəsində qeydə alınıb.Hadisə ilə əlaqədar ətraflı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, yanğın səhər saatlarında qeydə alınıb.“Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Bakı Dövlət Universitetinin 1-ci korpusunda kondisionerdə (1 ədəd) tüstülənmə baş verib. Hadisə yerinə yanğın çağırılıb. Yanğının qarşısı alınıb.İlkin ehtimala görə hadisə elektrik qısaqapanması nəticəsində qeydə alınıb.Cavid BabayevBAKU.WS

Son xəbərlər