Piyadanı vurub qaçan sürücü tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il dekabrın 29-da saat 23 radələrində Abşeron rayonu ərazisində naməlum avtomobillə Sumqayıt şəhər sakini M.Hüseynov vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, yol qəzasını törədərək hadisə yerindən yayınmış “VAZ-21074” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini T.Ağayev Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda ölümə səbəb olan qəza törədərək hadisə yerindən qaçan sürücü tutulub
Bakıda hadisə yerindən yayınan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdar...