Piyadanı vurub öldürən “BakuBus” sürücüsü tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
Piyadanı vuraraq öldürüb hadisə yerindən qaçan “Baku Bus”ın sürücüsü tutulub.
BAKU.WS xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, noyabrın 9-da saat 7 radələrində Yasamal rayonunun N.Hikmət küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qeysabulla Dadayev vurulub və nəticədə piyada hadisə yerində ölüb.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “BakuBus”a məxsus “BMC” markalı xətt avtobusu ilə törədilməsi müəyyən olunub və həmin avtobusun sürücüsü, Bakı şəhər sakini Valeh Məmişov saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
"BakuBus"ın sürücüsü 84 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb
"BakuBus" MMC-nin sürücüsü 84 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə noyabrın 9-da paytaxtın Yasamal ra...