Piyadanı öldürən və üç maşınla toqquşan "Prado" sürücüsü ilə bağlı MƏLUMAT - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) Qaradağda baş verən qəza ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 2-də saat 19 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qəsəbə sakini M.Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Taleh Aqamedovu vurub və idarəetməni itirdiyindən yolun kənarında dayanmış “Opel”, “VAZ-2107” və “VAZ-21015” markalı 3 avtomobillə toqquşub.
Nəticədə T.Aqamedov hadisə yerində ölüb, xəsarət almış M.Əhmədov isə xəstəxanaya yerləşdirilib.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda qanlı gecə - Yollarda 4 nəfər ölüb
Ötən gün respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüüb. Bu barədə Daxili İşlər Nazirliyindən BAKU.WS-ə bild...