Piyadanı öldürən sürücüyə cinayət işi açıldı

Piyadanı öldürən sürücüyə cinayət işi açıldı
Hadisə 130

Gəncədə piyadanın ölümünə səbəb olan sürücü barəsində cinayət işi açılıb.

Bu barədə BAKU.WS-in yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, artıq piyadanı vuran sürücü barəsində cinayət işi başlanıb.

"Oktyabrın 23-də, axşam saat 19 radələrində, Gəncə şəhər S. Rəhimov küçəsində, şəhər sakini, 1982-ci təvəllüdlü Ramin Abbasov idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 1954-cü il təvəllüdlü İbrahim Bayramovu vurub, nəticədə piyada hadisə yerində ölüb.

Faktla əlaqədar polis əməkdaşları müvafiq araşdırmalar aparıb. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində sürücü Ramin Abbasov barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb və, araşdırmalar davam etdirilir", - deyə E.Qasımov qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər