Pivə içib sükan arxasında keçdi, BMW ilə qadını vurub öldürdü
Bakının Xətai rayonunda Şamxal Əliyev (soyadı şərtidir) sərxoş vəziyyətdə avtomobil idarə edərkən piyada Bahar Məmmədovanı (soyadı şərtidir) vuraraq onun ölümünə səbəb olub.
BAKU.WS-in məlumatına görə, hadisə 31 mart 2025-ci il axşam saatlarında Məhəmməd Hadi küçəsində baş verib.
Şamxal, dostları ilə pivə içdikdən sonra "BMW" markalı avtomobili 60-70 km/saat sürətlə idarə edərək yol hərəkəti qaydalarını pozub. Hadisə zamanı Bahar Məmmədova yolu keçərkən avtomobilin ön sağ hissəsi ilə vurulub və baş-beyin əzilməsi nəticəsində hadisə yerində vəfat edib.
Məhkəmədə Şamxal özünü təqsirli bilərək, törətdiyi əməldən peşman olduğunu bildirib. Şahidlər Ramin və Ruslan onun sərxoş halda sükan arxasına keçdiyini təsdiqləyib.
Zərərçəkmişin əri maddi ziyanın ödənildiyini, Şamxalın ailə vəziyyətini nəzərə alaraq şikayətdən imtina etdiyini qeyd edib. Videogörüntülər və ekspertiza Şamxalın yol qaydalarını pozduğunu və hadisənin ehtiyatsızlıqdan baş verdiyini sübut edib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Şamxalın bir azyaşlı övladının olmasını və barışığı cəzanı yüngülləşdirən hal kimi qiymətləndirib. O, 3 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 7 ay 23 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Oxşar xəbərlər
Fransada irqçi qruplaşmalar məscidə basqın ediblər
Fransada bir türk dərnəyi və məscidə hücum olunub. BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, basqın edənlər irqçi qruplaşma...