Pişiyi düşürmək istədi, özü ağacda qaldı - VİDEO

Pişiyi düşürmək istədi, özü ağacda qaldı - VİDEO
Video
Hadisə 203

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin hündürlüyü təqribən 8 metr olan ağacdan düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

BAKU.WS xəbər verir ki, müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Məlum olub ki, həmin şəxs ağacda qalmış pişiyi düşürmək məqsədilə ağaca dırmanıb və özü köməksiz vəziyyətdə qalıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları vətəndaşı ağacdan düşürüblər. Pişik isə xilasedicilər gələnə kimi ağacdan düşə bilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər