Pirotexniki vasitələr satan mağaza sahibləri ilə bağlı sənədlər məhkəməyə göndərilib
Yeniliklərdən dərhal xəbərdar olun
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı Masallı şəhəri ərazisində yerləşən 2 mağazada pirotexniki vasitələrin satılması faktı aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, həmin mağazaların sahibləri G.Hacıyeva və C.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokollar tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Neftçalada həyətində pirotexniki vasitələr satan şəxs saxlanılıb - FOTO
Həyətində pirotexniki və tezalışan maddələr satan Neftçala rayon sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU....