Pirallahıda yaşayış binasında güclü yanğın olub
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Qeyd olunub ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 3 500kv.m olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 300kv.m sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 100 kv.m olan üçotaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 80 kv.m olan digər üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 40kv.m. sahədə yanıb.
Binanın böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...