Penitensiar xidmətin əsgəri özünü güllələyərək intihar edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.
Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov "Report"un sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.
O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.
Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.
Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...