Paytaxtda silsilə oğurluq: 2 nəfər saxlanıldı
Paytaxtın Xəzər rayonunda silsilə oğurluq hadisələri baş verib. Naməlum şəxs vətəndaşlardan birinin 2 ədəd notbukunu, digər zərərçəkənin isə 300 manat dəyərində təmir-tikinti alətlərini oğurlayıb.
BAKU.WS xəbər verir ki, polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən 38 yaşlı U.Orucovu müəyyən edərək saxlayıb.
Belə ki, Binə qəsəbəsində keçirilən tədbir nəticəsində isə satıcının alış-veriş edən digər müştərilərə diqqət yetirdiyini görüb mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı S.Mirzəyev də saxlanılıb.
Hər iki fakt üzrə araşdırma aparılır.
Oxşar xəbərlər
Naxçıvanda avtomobil su kanalına aşıb, xəsarət alanlar var
Naxçıvanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Naxçıvan–Ordubad...