Paytaxtda polisin qanuni tələbinə əməl etməyən sərxoş sürücü saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Yasamal rayonu ərazisində sərxoş vəziyyətdə yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq, digər hərəkət iştirakçılarının sağlamlığı üçün real təhlükə yaradan, əvvəllər məhkum olunmuş sürücü Vasif Bayramov saxlanılıb.
BAKU.WS-ə daxil olan məlumata görə, "Kia" markalı, 01-CP-094 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə yol hərəkəti qaydasını pozduğu üçün "saxla" işarəsi verilsə də, sürücü buna məhəl qoymayaraq hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində sürücü V.Bayramov saxlanılıb, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək aidiyyəti üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...