Paytaxtda keçmiş iş yerlərindən oğurluq edən şəxslər SAXLANILDILAR
Çalışdıqları məkanlardan oğurluq edən şəxslər saxlanılıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nizami rayonunda talama cinayətləri qeydə alınıb.
Belə ki, naməlum şəxslər rayon ərazisində yerləşən marketlərin birindən 6612 manat dəyərində elektrik naqili oğurlayıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 47 yaşlı C.Hüseynzadə, 33 yaşlı E.Hüseynov və həmyaşıdı Ə.Mammedov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla həmin şəxslərin bir müddət əvvəl marketin anbarında çalışdıqları və oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.
Rayon ərazisində keçirilən digər tədbir nəticəsində isə zavodların birinin anbarından ümumi dəyəri 4250 manat olan müxtəlif avadanlıqları talamaqda şübhəli bilinən 40 yaşlı Ə.Cavadov, 31 yaşlı O.Məmmədov və 62 yaşlı F.Musayev də polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda "Ford" markalı yük maşını yanır
Nəsimi rayonunda "Ford" markalı yük maşını yanır. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə 44 nömrəli məktəbin yaxınlığı...