Paytaxtda keçmiş məhkum ofisdən pul oğurladı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ofislərin birindən 2886 manat pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 17-də paytaxtın Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən ofislərin birindən 2886 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və soyğunçuluq cinayətləri ilə əlaqədar məhkum olunmuş Zahir Nəbiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Ofisdən 20 000 manatlıq inşaat materialları oğurlayan şəxslər saxlanıldı
Paytaxtda ofisdən 20 000 manatlıq oğurluq edən şəxslər saxlanılıb. Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, Nərimanov RPİ 17-ci...