Paytaxt küçələrində daha bir dərin çuxur - Bu yoldan keçənlər DİQQƏTLİ OLSUN
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu adlanan ərazidə sürücülər üçün real təhlükə yaranıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, yolda kanalizasiya qapağı dərin çuxurda yerləşir. Nəticədə oradan keçən maşınların təkərinə ciddi ziyan dəyir.
"Ekologiya postundan mərkəzə gedən yolda təhlükəli lük var. Təkərim cırılıb, disk isə əyilib", - deyə şikayətçi vurğulayıb.
O, həmçinin bildirib ki, lük qapağı tərpənir. Bu da o deməkdir ki, ərazidə hər an ciddi fəsadlarla nəticələnən qəzalar baş verə bilər.
Hadisə yerindən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Bakı-Qazax yolunda yük avtomobilləri toqquşub - Xəsarət alanlar var
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə...