“Patı”dan istifadə edib sükan arxasına keçən avtobus sürücüsü həbs olundu
Yeniliklərdən dərhal xəbərdar olun
“Baş Dövlət Yol Polis idarəsinin Yol Patrul Xidmətinin əməkdaşları Bakı-Şamaxı, Bakı-Quba yolunun müxtəlif hissələrində reydlər zamanı sərxoş və psixotrop maddələrdən "patı" istifadə edən sürücü barəsində qərar verilib”.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib.
Onun sözlərinə görə, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 142 nömrəli marşurut xətti üzrə hərəkət edən avtomobilin sürücüsü Allahverdi Əbülfət oğlu Bədəlova 10 gün müddətinə inzibati həbs verilib:
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüquqi bir il müddətinə məhdudlaşdırılıb. Eyni zamanda, o, 10 gün müddətinə inzibati həbs edilib".
Qeyd edək ki, bir neçə gün əvvəl Baş Dövlət Yol Polis idarəsinin Yol Patrul Xidmətinin əməkdaşları Bakı-Şamaxı, Bakı-Quba yolunun müxtəlif hissələrində reydlər zamanı sərxoş və psixotrop maddələrdən "patı" istifadə edən sürücülər aşkarlanıb.
Oxşar xəbərlər
Narkotik maddə qəbul edən sürücülər saxlanılıb - REYD – VİDEO
Baş Dövlət Yol Polis idarəsinin Yol Patrul Xidmətinin əməkdaşları Bakı-Şamaxı, Bakı-Quba yolunun müxtəlif hissələrində reydlər keçirib. BAKU.WS APA-ya istinadən...