Pakistanda yanacaq çəni partladı: 2 ölü, 56 yaralı
29
apr
2025
14:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanın Bəlucistan əyalətində yanacaq çəninin partlaması nəticəsində 2 nəfər həlak olub, 56 nəfər xəsarət alıb.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, hadisə əyalətin Naushki bölgəsində qeydə alınıb.
Yerli polis əməkdaşı Atta Ullah bildirib ki, əvvəlcə çəndə sızma səbəbindən yanğın baş verib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin müdaxiləsi zamanı yanacaq çəni partlayıb.
Nəticədə sürücü və ətrafdakı insanlardan biri həyatını itirib, aralarında yanğınsöndürənlərin də olduğu 56 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...