Pakistan vətəndaşına qarşı quldurluq edən şəxsə hökm oxundu
Pakistan vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Yunis Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq Yunis Ağayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə iyun ayında saat 00:30-da Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 34 ünvanında baş verib. İttihama görə, Yunis Ağayev əvvəlcədən tanış olduğu Pakistan vətəndaşı Fareed Ghulam Akhtar Muhammad Shakelin üz və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurub və onun cibində olan 430 manat nağd pulu, 5 manat dəyərində olan "Winston Xs" markalı siqaret qutusunu ələ keçirərək ümumilikdə ona 435 manat məbləğində maddi ziyan vurub. Faktla bağlı cinayət işi başlanılıb.
Yunis Ağayevə Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddəsi ilə yekun ittiham elan olunub.
Oxşar xəbərlər
"Yaxınlaşanda gördüm ki, uşaqların biri yerdədir": Kürdəmirdə doqquzuncu sinif şagirdini dəmir yolunda cərəyan vurdu
Kürdəmirdə bədbəxt hadisə baş verib. Doqquzuncu sinif şagirdi Sərvət Nazim oğlu Səfərli dəmir yolu üzərində dayanmış qatarın üzərindən keçmək istəyərkən onu ele...